Roberto Karlos: "Real"ın Moskva səfəri asan keçməyəcək"

Roberto Karlos: "Real"ın Moskva səfəri asan keçməyəcək"
XƏBƏR 17 Fevral 2012 / 14:26 2040
-  A +

"Anji" klubunun ulduz futbolçusu Roberto Karlos Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində gələn həftə keçiriləcək CSKA (Moskva) - "Real" (Madrid) matçını dəyərləndirilib.

Qol.Az-ın məlumatına görə, brazilyalı futbolçu sabiq komandasının Moskva səfərinin asan keçməyəcəyini bildirib:

"CSKA bir müddət aparıcı hücumçusu Vaqner Lavı "Flamenqo"ya satdı. O, həqiqətən böyük futbolçu idi və Seydu Dumbiya ilə yaxşı anlaşırdı.

Bununla belə, Moskva səfəri "Real" üçün asan keçməyəcək. Çünki CSKA-nı bütün stadion dəstəkləyəcək. Havaya gəldikdə isə əgər külək olmasa, oyunun keçirilməsində heç bir problem olmayacaq".
   


Son xəbərlər