"Qəbələ" - "Xəzər Lənkəran" oyunu fərqli məkanda

"Qəbələ" - "Xəzər Lənkəran" oyunu fərqli məkanda
GÜNDƏM 17 Fevral 2012 / 13:30 3364
-  A +

Qeyri-sabit və qarlı hava şəraiti Unibank Premyer Liqasının XXI turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” matçının məkanının dəyişdirilməsinə səbəb olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qəbələ Şəhər stadionu qar örtüyü altında qaldığına görə qarşılaşma Qəbələ Rayonu Böyük Əmili kənd meydançasında baş tutacaq.

Sözügedən süni ot örtüklü stadion “Qəbələ” klubu tərəfindən inşa olunub və bütün müasir standartlara cavab verir.

Qeyd edək ki, Unibank Premyer Liqasının təsnifat mərhələsinin ikinci dövrəsində keçirilən “Qəbələ” – “Sumqayıt Şəhər” matçı da eyni səbəbdən Böyük Əmilidə baş tutmuşdu.

Daha çox


Son xəbərlər