“Qəbələ” Gəncədədir

XƏBƏR 29 Noyabr 2008 / 00:03 3597
-  A +

Sabah Tovuzda “Turan”ın qonağı olacaq “Qəbələ” bu gün axşam saatlarında Gəncəyə gəlib.Qol.Az-ın məlumatına görə qəbələlilər “Lüks” otelində məskunlaşıblar. Sabah saat 11:00-da komanda Gəncəni tərk edərək Tovuza yola düşəcək. Xatırladaq ki, bu, “Qəbələ”nin son bir ayda ikinci qərb səfəridir. Komandanın bir müddət öncə “Turan”la yolu kəsişmişdi və hər iki oyunda “Qəbələ” futbolçuları rəqib üzərində qələbə qazanmışdılar. “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov kubok oyunundan fərqli olaraq çempionat matçının daha ağır olacağını düşünür. Bir vaxtlar “Turan”da çıxış etmiş keçmiş futbolçu tovuzluların onlara layiqli mübarizə göstərəcəyi fikrindədir.

 

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı