Təbriz stadionunda Sərkisyanın şəkli yandırıldı, hakim “Traktor Sazi”nin qarşısını kəsdi (VİDEO)

VİDEO 30 Yanvar 2012 / 04:02 3845
-  A +

Xəbər verdiyimiz kimi, İran çempionatının yanvarın 29-da keçirilmiş oyununda Güney Azərbaycan türklərinin doğma komandası - Təbrizin “Traktorsazi” klubu öz meydanında Tehranın “İstiqlal” komandasını qəbul edib.

Qol.Az-ın məlumatına görə, "Traktor Sazi" qələbə qazanacağı tədirdə liderliyi ələ keçirəcəkdi. Lakin hakimlərin də yardımıyla Tehrant təmsilçisi liderliyini bir qədər də möhkəmləndirib.

Məsələ burasındadır ki, “Traktor Sazi”nin üstünlüyü ilə keçən ilk hissənin sonlarında hakim heç bir səbəb olmadan Azərbaycan komandasının qapısına penalti təyin edib və bir futbolçusuna qırmızı vərəqə göstərib. Qapısından top buraxmasına baxmayaraq, “Traktor Sazi” ikicni hissədə penalti vurmaq şansı qazanıb.

Amma hakim yüzfizli qayda pozuntusuna göz yumub. Daha sonra isə hakim yerli komandanın qapısına daha bir olmayan penalti təyin edib.

Bundan maksimum istifadə edən “İstiqlal” 2:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, bu oyunda Fransa Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qərarına etiraz olaraq Ermənistan prezidenti Serj Sərkisyan və Fransa prezidenti Nikolya Sarkozinin şəkilləri yandırılıb, irqçiliyi pisləyən şüarlar səsləndirilb.




Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi