Qurban Qurbanov: "Xəzər-Lənkəran"la qələbəni unutmuşuq»

XƏBƏR 28 Noyabr 2008 / 17:48 3699
-  A +

"Xəzər-Lənkəran" üzərində qələbəni unutmuşuq və qəti arxayınlaşmamışıq. İlk dövrənin son oyununa da ciddi hazırlaşmışıq. Komandamızda hansısa problem yoxdur". Noyabrın 29-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda "Karvan"ı qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qol.Az saytına açıqlamasında belə deyib. Rəqibə hörmətlə yanaşdıqlarını bildirən gənc mütəxəssis ilk dövrəni major notlarla başa vurmaq istədiklərini söyləyib: "Yunis Hüseynovun çalışdırdığı komanda özünü yaxşı tərəfdən göstərir. Nəzərdən qaçırmaq olmaz ki, "Karvan" liderlər qrupuna yaxındır. Digər tərəfdən, qarşılaşma gərgin keçəcək. Buna baxmayaraq, biz öz oyunumuzu oynamalıyıq. İnşallah, maksimum nəticə qazanmağa çalışacağıq".

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord