Yunis Hüseynov: «Qarabağ»la oyun ağır keçəcək»

XƏBƏR 28 Noyabr 2008 / 17:05 3644
-  A +

"Qarabağ"la görüşə çempionatın digər oyunlarına hazırlaşdığımız kimi hazırlaşırıq. Oyun ağır keçəcək. Son tur olduğu üçün gərginlik olacaq. Amma inanıram ki "Karvan" bu oyundan istədiyi nəticə ilə ayrılacaq». Bu sözləri sabah Bakıda «Qarabağ»la qarşılaşacaq «Karvan» klubunun baş məşqçisi Yunis Hüseynov bildirib.

«Son qarşılaşmada "Qarabağ" çətin Lənkəran səfərindən qələbə ilə dönub, sizin komanda isə evdə "İnter"ə məğlub olub bu səbəbdəndə psixoloji üstünlük Ağdam təmsilçisinin tərəfindədi. Bu fakt oyuna nə dərəcədə təsir göstərəcək» sualına cavabında Y.Hüseynov deyib: "Düşünmürəm ki, bu, bizim oyuna təsir göstərsin. Komanda oyuna ciddi hazırlaşır".

 

Daha çox


Son xəbərlər