Valentin Xodukin Fuad Musayevin fikirlərinə sərt reaksiya verdi

Valentin Xodukin Fuad Musayevin fikirlərinə sərt reaksiya verdi
ÖLKƏ FUTBOLU 28 Noyabr 2008 / 15:53 3868
-  A +

"İnter"in ukraynalı baş məşqçisi Valentin Xodukin deyib AFFA-nın keçmiş prezidenti Fuad Musayevin Qol.Az saytında dərc olunan müsahibəsinə sərt reaksiya göstərib. «Fuad Musayevin fikri mənə maraqlı deyil. Mən onun komandasının məşqçisi deyiləm. Qoy, nə istəyir fikirləşsin. Yəqin ona elə gəlir ki, düz fikirləşir» - deyə V.Xodukin Qol.Az-ın əməkdaşıyla söhbətində bildirib: "Mən azərbaycanlı futbolçulara futbol oynamağı öyrədirəm. Bu gün Elvin Məmmədovun futbolçu kimi durumu "Turan"da oynadığı dövrdəki səviyyəsindən qat-qat yüksəkdi. Bu da mənim əməyimdi. İndi isə onun Rubindən yaxşı olması üçün çalışırıq. Qoy hamı bilsin ki, "İnter"də futbolçu hazır olan zaman oynayacaq, kefi istəyən vaxt yox. Oynamaq üçün isə gərək həm fiziki, həmdə texniki cəhətdən hazır olasan».

V.Xodukin bildirib ki, formada olmayan futbolçunun yeri ehtiyat oyunçular skamyasıdı: «O ki qaldı Mahmud Qurbanovun oynamamasına, hər şey futbolçunun özündən, hazırlığından asılıdır. Kimin oynayıb-oynamayacağına dair qərarı mən verirəm. O zaman hər şeyi nəzərə alıram - turnir cədvəlindəki vəziyyətimizi, rəqibimizin gücünü və futbolçunun hazırlığını. Mənim işimə qarışmaq lazım deyil".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı