Bakı «İnter»inin oyunçusunun keçmiş həyat yoldaşı narkodilerdir?

Bakı «İnter»inin oyunçusunun keçmiş həyat yoldaşı narkodilerdir?
DÜNYA FUTBOLU 28 Noyabr 2008 / 15:31 5467
-  A +

«İnter» klubunun yarımmüdafiəçisi Valentin Belkeviçin keçmiş həyat yoldaşı, «VİA Qra» qrupunun eks solisti Anna Sedokova bu günlərdə növbəti qalmaqalla gündəmə gəlib. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumatına görə, hazırda televiziyaların birində aparıcı kimi fəaliyyət göstərən Sedokova Borispol hava limanında saxlanılıb. Moskvaya yola düşmək istəyən müğənni nəzarət buraxılış məntəqəsindən keçə bilməyib: «Mənə göstəriş verdilər ki, əlavə sual verməyim və səs-küy qaldırmayım. Ümumiyyətlə, onlar özlərini kobud aparırdılar. Sözün düzü, çox qorxmuşdum. Bilmirdim nə baş verir». Məsələ yalnız aeroportun polis bölməsində aydınlaşıb. Polislər Sedokovanın bütün əşyalarını yoxladıqdan sonra bildiriblər ki, o narkotik vasitələrin daşınmasında şübhəli bilinirmiş. Belkeviçin keçmiş həyat yoldaşı hüquq-mühafizə orqanları işçilərinin üzrxahlığından sonra özünə gəlib. Sedokova buna görə polislərdən incimədiyini deyib: « Əvvəla onlar öz işlərini görürdülər. İkincisi, onları da başa düşmək olar. Birdə nə vaxt Ukraynanın seks-simvoluna toxunmaq imkanı qazanacaqdılar?» Sedkova Belkeviçdən ayrıldıqdan sonra yenidən müstəqillik əldə etdiyini və əks cinsin nümayəndələrinin gözündə daha da populyarlaşdığını bildirib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki