“İlk dövrənin başa çatmasını gözləyirəm. “Poloniya”nı tərk edəcəyim qətidir. Hazırda vəziyyətdən çıxış yolu axtarırıq. İlin sonunadək özümə yeni klub tapacağam”. Bu fikirləri Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlu deyib.
Polşada güclülər dəstəsində turnir cədvəlinə liderlik edən “Poloniya”nın 23 yaşlı futbolçusu cari çempionatda oynamayıb. “Qrotslin” klubu yayda “Poloniya”ya çevrildikdən sonra yeni adlı komandada yalnız Liqa Kubokunda meydana çıxan Saşa görüşü əvəzedilmədən keçirib və sarı vərəqə alıb. Yunisoğlu özünü əsas heyətdə yer alanlardan zəif saymır: “Oynamamağım futboldan kənar söhbətlərlə bağlıdır. Vaxtı gələndə bunu açıqlayacağam. Komanda yoldaşlarım da heyətdən kənarda qalmağıma təəccüblənirlər. Onlar yığmada oynayan futbolçunun klubda ehtiyatda saxlanmasını gülüşlə qarşılayırlar. Baş məşqçi şans verməməyini səbəbini demir”.
Yığmamızın müdafiəçisinin fikrincə, uzun müddət oyun praktikası sarıdan korluq çəkməsi başqa kluba keçidində problem yaratmayacaq: “Mən peşəkar futbolçuyam. Hesab edirəm ki, hazırkı formam başqa klubda çıxış etməyimə imkan yaradır. Polşada LKS və “Odra” variantları var. “Poloniya” məni icarəyə vermək istəsə də, buna razı deyiləm. Çünki müqavilə şərtlərinə əsasən, icarədən sonra geri qayıtmalıyam və bu mənə sərf etmir. “Poloniya”dan birdəfəlik ayrılmaq istəyirəm. Klubla yayadək müqaviləm var. Yaxşı variant olmasa, anlaşmamın başa çatmasını gözləməli olacağam. Ola bilsin ki, ikinci dövrədə mənə şans verildi”.
Avropada çıxış etmək istəyində olan müdafiəçi agentinin bunun üzərində çalışdığını deyib. Saşa Polşadan sonra başqa ölkədə qərarlaşacağını istisna etmir: “Karyeramı Avropada davam etdirmək iddiam qalır. Yeni klubla təlim-məşq toplanışına yollanmağın vacibliyini nəzərə alsaq, buna qədər taleyimə aydınlıq gətirməliyəm. Vətənə qayıtmaq variantı da var. Bildiyimə görə, öz klublarımızdan mənimlə maraqlanan var. Ancaq indidən ad çəkməyim düzgün olmazdı. Yenidən Azərbaycanda çıxış etməyə ən son variant kimi baxıram”.
Xatırladaq ki, Yunisoğlu kapitanı olduğu İmişlinin “MKT-Araz” klubu ötən il dağıldıqdan sonra “Qrotslin”ə keçib.
Mənbə: apasport.az
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında