"İnter" yeni rekorda doğru

"İnter" yeni rekorda doğru
XƏBƏR 12 Dekabr 2011 / 18:32 2891
-  A +

Bakının "İnter" klubu Unibank Premyer Liqasında yeni rekorda doğru irəliləyir. Qol.Az-ın məlumatına görə, komanda arıcıl olaraq 13 turdurki, məğlubiyyət yaşamır.

Sonuncu dəfə Premyer Liqanın III turunda "Bakı" ilə qalmaqallı görüşdə texniki məğlubiyyət alan "bankirlər" həmin oyundan sonra meydanı xalsız tərk etməyib.


"İnter" bu günə qədər olan məğlubiyyətsizlik seriyaları isə belədir: 


2004/05-məğlubiyyətsiz 13 oyun. “İnter” 117 gün uduzmamışdı
 
Komandanın məğlubiyyətsizlik seriyası 2004/05 mövsümündə 21 noyabr 2004-cü ildə “Xəzər Lənkəran”la(1:0) keçirdiyi oyunda start götürmüş və 18 mart 2005-ci il tarixdə “Karat”la baş tutmuş matçda (2:3) başa çatıb. 13 qarşılaşmanı əhatə edən məğlubiyyətsizlik seriyası çərçivəsində “İnter” 9 matçda qalib gəlmiş, 4 oyundasa meydandan sülhlə ayrılıb.
 
2005/06- məğlubiyyətsiz 12 oyun. “İnter” 127 gün uduzmamışdı
 
Komandanın məğlubiyyətsizlik seriyası 2005/06 mövsümündə 12 avqust 2005-cü il tarixdə “Gəncə” ilə (2:2) keçirdiyi oyunda start götürmüş və 17 dekabr 2005-ci il tarixdə “Bakı” ilə baş tutmuş matçda başa çatıb. 12 qarşılaşmanı əhatə edən məğlubiyyətsizlik seriyası çərçivəsində “İnter” 8 matçda qalib gəlmiş, 4 oyundasa meydandan sülhlə ayrılıb.
 
2007/08 və 2008/09- məğlubiyyətsiz 21 oyun. “İnter” 315 gün uduzmamışdı
 
Bu dəfə “İnter”in məğlubiyyətsizlik seriyası 2 mövsümü əhatə edir. Sözügedən seriya 2007/08 mövsümünün sonunda başlamış və 2008/09 mövsümünün ortalarınadək davam edib. Bu proses 19 aprel 2008-ci il tarixdə “Qarabağ” üzərində 1:0 hesablı qələbəylə başlamış və 28 fevral 2009-cu il tarixdə “Bakı” ilə görüşdə 0:1 hesablı məğlubiyyətlə yekunlaşıb. Qeyd edək ki, “İnter” həmin mövsüm, demək olar ki, bir il- 315 gün uduzmayıb. 21 matçı əhatə edən məğlubiyyətsizlik seriyası çərçivəsində “İnter” 17 qarşılaşmada qalib gəlmiş, 4 oyundasa rəqiblərilə sülhlə bağlayıb.
 
2008/09 və 2009/10- məğlubiyyətsiz 11 oyun. “İnter” 167 gün uduzmamışdı
 
Yenə də məğlubiyyətsizlik seriyası 2 mövsümü əhatə edir-2008/09 mövsümün sonu və bir oyun 2009/10. Məğlubiyyətsizlik seriyası 7 mart 2009-cu il tarixdə “Qəbələ” (0:1) ilə səfər oyunuyla başlamış və növbəti mövsümdə 21 avqust 2010-cu il tarixdə “Xəzər Lənkəran”la keçirilən oyunda (0:1) sona çatıb. 11 oyundan 8-də “İnter” qalib gəlmiş, 3 oyundasa xalları yarı bölüb.
 
2009/10 - məğlubiyyətsiz 13 oyun. “İnter” 125 gün uduzmamışdı
 
"İnter"in məğlubiyyətsizlik seriyası 2009/10 mövsümündə 13 dekabr 2009-cu il tarixdə “Olimpik”lə (AZAL) (1:0) qarşılaşmada start götürmüş və 17 aprel 2010-cu il tarixdə “Neftçi”ilə (0:1) oyunda başa çatıb. Məğlubiyyətsizlik seriyası 7 qələbəni və 6 heç-heçəni əhatə edir.
 
2011/12 - məğlubiyyətsiz 13 oyun. Seriya indiyədək davam edir və minimum 98 gün təşkil edəcək
 
Komandanın məğlubiyyətsizlik seriyası 2011/12 mövsümündə, noyabrın 10-da “Simurq” keçirilən oyunda başlamış və indiyədək davam edir. Bu oyunlarda “İnter” 7 dəfə qalib gəlmiş, 6 qarşılaşmadasa heç-heçəyə imza atıb.
 
Beləliklə, görürük ki, bu mövsüm “İnter” 13 oyundan ibarət məğlubiyyətsiz matç sayına görə ikinci rekord nəticəsini təzələyib. Komanda bu nəticəni şənbə günü yaxşılaşdıra bilər. Qeyd edək ki, tam rekord nəticəni əldə etmək üçün “İnter”ə 8 oyun ard-arda məğlub olmamaq lazımdır.


Mənbə: "İnter"in rəsmi saytı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı