Vurğun Hüseynov: “Növbəti oyunlarda maksimum nəticə göstərməliyik”

Vurğun Hüseynov: “Növbəti oyunlarda maksimum nəticə göstərməliyik”
XƏBƏR 12 Dekabr 2011 / 16:45 2305
-  A +

“İnter” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Bu da onların gücündən xəbər verir. Hər iki komandaya üç xal vacib olduğundan bir qədər ehtiyatlı oynayırdı.”

Qol.Az saytına açıqlamasında bu sözləri “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov “İnter”ə qarşı ötən həftə keçirilən və 0:0 hesabı ilə yekunlaşan oyun haqda danışarkən deyib.

O bildirib ki, qol vurmaq imkanları olsa da, bundan istifadə edə bilməyiblər: “İnşallah, qarşıdakı oyunlarda maksimum nəticə qazanaraq, “altılıq”a düşməyə çalışacağıq”.

V.Hüseynov Premyer Liqanın növbəti turunda qarşılaşacaqları ”Turan”la oyuna da toxunub: “Növbəti görüşə çox ciddi hazırlaşırıq. Baxmayaraq ki, “Turan” autsayderdir, futbolda hər nəticə ola bilər. Mən özüm də əvvəllər “Turan”da oynadığım üçün onlara yaxşı bələdəm”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord