Bahadır Nəsimov: “Hacıyevin qərarı məni hirsləndirdi”

Bahadır Nəsimov: “Hacıyevin qərarı məni hirsləndirdi”
MÜSAHİBƏ 12 Dekabr 2011 / 13:32 5132
-  A +

”Neftçi” klubunun özbəkistanlı hücumçusu Bahadır Nəsimovun Qol.Az saytına müsahibəsi

- Dünən doğma meydanda AZAL-ı 7:1 hesabıyla məğlub etdiniz. İlk əvvəl oyunla bağlı fikirlərini öyrənək.

- Bu oyuna komanda şəklində çox ciddi hazırlaşırdıq. Rəqibin son oyunlarda yaxşı çıxış etdiyini bilirdik. Onları yaxşı təhlil etmişdik. İlk dövrədə bizi 3:0 hesabıyla məğlub etmişdilər. Bu, bizə çox pis təsir etmişdi.

- Belə çıxır ki, siz AZAL-dan revanş almağı düşünürdünüz?

- Hər oyuna yaxşı nəticə qazanmaq əzimiylə meydana çıxırıq. Onlarla qarşılaşmaya revanş almaq üçün çıxacağımız sirr deyildi.

- AZAL-la qarşılaşmada het-trikə imza atacağını gözləyirdin?

- Gözlədim, ya gözləmədim, mən hücumçu kimi öz işimi görməliyəm. Hücumçunun əlinə gərək,imkan düşsün ki, qolları sıralasın. Ən əsası odur ki, vurduğum qollarla komandamın nəticə qazanmasında kömək etdim.

- Rəqibiniz son turlarda “Bakı” və “Qəbələ” kimi klubları məğlub etməyi bacarmışdı. Yəqin ki, hesabın belə böyük olacağını sən də təxmin etməzdin.

- Doğrudur. Ancaq oyuna çox ciddi hazırlaşmağımız qələbə qazanacağımızdan xəbər veirirdi. Rəqibdən məğlubiyyətin əvəzini layincə çıxdığını deyə bilərəm. Biz onları bütün kompanentlərdə üstələdik.

Yeri gəlmişkən, bu qələbə bir daha göstərdi ki, “Neftçi” öz gücünə oynayır. Mən hələ görməmişəm ki, hakim bizə kömək etsin. Düzdü,hakimlər səhvən kiminsə xeyrinə və əksinə qərarlar verə bilərlər. Əgər insanıqsa, səhv qaçılmazdır. Bütün dünyada hakimlərin səhvlərinin şahidi oluruq. Qəbələdəki qarşılaşmada hakim 10- cu dəqiqədə penaltini verdi, amma heç kəs bir söz demədi. Lakin 90-cı dəqiqədə verilən səhv qərarı çox şişirtdilər. Mənim fikrimcə də, əlavə edilmiş dəqiqələrdə verilən penalti yox idi. Amma digər epizodlarda arxadan futbolçu mənə qarşı açıq-aşkar kobud oynasa da, hakimin fiti susur. Budur, “Neftçi”yə köməklik? Bu şayiələrə inanan insanlara bildirmək istəyirəm ki, əgər hakimlər tərəfindən köməklik olsaydı, indi biz rəqiblərimizdən 15 xal irəlidəydik. Biz öz gücümüzlə qələbə qazanırıq.

- Keçən mövsümün ilk dövrəsində bombardirlər cədvəlinə başçılıq etsən də, sonradan bir neçə ay qol susqunluğu yaşadın. Belə halın təkrarlayacağı səni qorxutmur?

- Hər bir futbolçu belə vəziyyətlə üzləşə bilər. Bu mövsüm qarşıma konkret məqsəd qoymuşam. Məncə, bu mövsüm mənim üçün daha yaxşı olacaq. İnşallah bu il daha çox qol vuracağıma inanıram.

- Baş məşqçin Böyükağa Hacıyevlə münasibətlərinin hans səviyyədədir?

- Çox yaxşı. Mən ona necə hörmətlə yanaşıramsa, o da, mənə eyni münasibəti bəsləyir.

- Lakin AZAL-la oyunda əvəzlənməyinə görə, baş məşqçinə etirazını bildirdin. Hətta meydandan çıxarkən onun əlini sıxmadın.

- Oyundan sonra ona yaxınlaşaraq Böyükağa Hacıyevin əlini sıxdım. Sadəcə, yenə qol vurub artıq-əskik danışanları susdurmaq istəyirdim. Ona görə baş məşqçinin məni tez əvəzləməsinə bir az hirsləndim. Ancaq aramızda hər şey yaxşıdır.

- Bu mövsümün sonuna kimi nə qədər qol vurmaq istəyirsən?

- Onun mən dəqiq deyə bilmərəm. Lakin bir məşqçi belə bir fikri var: əgər hücumçu bir mövsüm 15 qola imza ataraq gələn il də eyni nəticəni təkrarlayırsa, deməli, o hücumçu deyil. Yəni, məqsədimiz daha da irəli getməkdir.

- Komanda yoldaşın Flavinyonun Azərbaycan yığmasında çıxış etmək istəməsinə münasibətin necə oldu?

- Düzü, bizdə Özbəkistan millisində legionerlər çıxış etmir. Lakin millimiz pis təsir bağışlamır. Flavinyo çox yaxşı futbolçudur, onun yığmanıza xeyiri dəyə bilər. Ancaq mən belə hesab edirəm ki, Azərbaycan millisində yerli futbolçular çıxış etməlidir.


Əli HƏYATİ 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord