Rednik: "Azərbaycana qayıdıb, bəzi qaranlıq məqamlara aydınlıq gətirmək istəyirəm"

Rednik: "Azərbaycana qayıdıb, bəzi qaranlıq məqamlara aydınlıq gətirmək istəyirəm"
ÖLKƏ FUTBOLU 12 Dekabr 2011 / 11:05 3582
-  A +

Rumıniyanın daha bir klubu “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Redniki heyətində görmək istəyir.

Qol.Az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, “Styaua”nın ardınca ÇFR də 49 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək üçün danışıqlara başlayıb.

Ancaq Rednik Kluj təmsilçisi ilə müqavilə bağlamağa tələsmir: “Hələ danışıqlar aparmaq üçün vaxtımız var. Azərbaycanda görməli olduğum yetərincə işlərim qalıb. Mən yenidən Azərbaycana qayıdıb, bəzi qaranlıq məqamlara aydınlıq gətirmək istəyirəm. Adımın ÇFR ətrafında hallandığını bilirəm. Ancaq bu klubdan heç kim mənimlə əlaqə saxlamayıb”.

Rumın həmkarlarımızın yazdığına görə, ÇFR-in müqaviləsi bitən kimi yollarını ayıracağı baş məşqçi İonut Badyanı Rednik əvəzləyəcək.

ÇFR-in sahibi Valter Florian isə Badyanı istefaya göndərməklə bağlı qərarı qəbul etdiyini təsdiqləyib. İndi bu komandaya baş məşqçi postuna 3 namizəd var. Yəni, Rednikin rəqibləri Klaudiu Nikulesku ilə Adrian Kristyadır.

Daha çox


Son xəbərlər