"Trabzonspor"un qapıçısını öz azarkeşi vurdu

"Trabzonspor"un qapıçısını öz azarkeşi vurdu
XƏBƏR 12 Dekabr 2011 / 03:02 2451
-  A +

Türkiyə Superliqasının sonuncu turunun mərkəzi qarşılaşması olan "Trabzonspor" - "Qalatasaray" matçında xoşagəlməz hadisə yaşanıb.

Qol.Az-ın məlumatına görə, matçın 60-cı dəqiqəsində qapı arxasından topu almağa çalışan meydan sahiblərinin qolkiperi Tolqa Zənginin üzünə yerli azarkeşlər tərəfindən su şüşəsi atılıb.

Su şüşəsinə tuş gələn Tolqa dərhal yerə yıxılıb. Bir müddət sonra ayağa qalxan qapıçının səhhətində heç bir problemin olmadığı bildirilir. "Trabzonspor"un qapıçısına su şüşəsi atan həmin azarkeş isə artıq polis bölməsinə aparılıb.

Qeyd edək ki, "Trabzonspor" - "Qalatasaray" oyunu 3:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı