"Mançester Siti" qalmaqallı futbolçusunu satdı

"Mançester Siti" qalmaqallı futbolçusunu satdı
XƏBƏR 12 Dekabr 2011 / 02:07 3093
-  A +

İngiltərənin "Mançester Siti" klubu nəhayət ki, qalmaqallı hücumçusu Karlos Tevezlə yollarını ayırıb.

Qol.Az-ın məlumatına görə, argentinalı futbolçu yanvar ayından etibarən Fransa Liqasında çıxış edəcək.

"Şəhərlilər"in ərəb sahibi Şeyx Mansur PSJ klubunun 27 milyon avroluq təklifini qəbul edib. Bununla da, "Mançester Siti"ni razı salan Paris təmsilçisi Tevezlə anlaşıb.

Qeyd edək ki, Tevezin daha öncə "Milan"a icarəyə veriləcəyi gözlənilsə də futbolçu Fransaya üz tutub.


Son xəbərlər