Podolski: "Şalke" məni maraqlandırmır"

Podolski: "Şalke" məni maraqlandırmır"
XƏBƏR 12 Dekabr 2011 / 00:01 2093
-  A +

Almaniyanın "Köln" klubunun hücumçusu Lukaş Podolski "Şalke"yə keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Polşa əsilli futbolçu hazırda yaxşı formada olduğunu və heç bir komandaya keçmək istəmədiyini açıqlayıb:

"Qış transfer dönəmində məni bir sıra klublar heyətinə qatmaq istəyir. Bunların arasında "Şalke" xüsusilə fərqlənir. Ancaq mənim "Şalke"yə keçmək niyyətim yoxdur. Ümumiyyətlə, bu komanda məni maraqlandırmır.

Hazırda yaxşı formadayam və bütün diqqətimi komandamın uğuruna yönəltmişəm. Yaxşı formada olarkən bir sıra komandaların səninlə maraqlanmaları normaldır. Lakin onlar mənim "Köln"lə 2013-cu ilə qədər müqaviləmin olmasını unutmasınlar".

Qeyd edək ki, bu mövsüm "Köln"ün heyətində 14 oyuna çıxan 26 yaşlı futbolçu 13 qola imza atıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın