Azərbaycan yığmasının qarşıdakı təlim-məşq toplanışına çağırılan futbolçulardan dördü düşərgəyə qatılmayacaq. Müdafiəçi Saşa Yunisoğlu, yarımmüdafiəçi Anatoli Ponomaryov və hücumçular Branimir Subaşiçlə Leandro Qomeş dekabrın 1-dən 3-dək keçiriləcək hazırlığa gəlməyəcəklər.
Subaşiçlə (“Srvena Zvezda”, Serbiya) Yunisoğlunun (“Polonya”, Polşa) çıxış etdikləri çempionatlarda mövsüm davam edir. Klubları təlim-məşq toplanışının FİFA-nın təqviminə uyğun gəlmədiyi üçün futbolçularımızı yığmaya buraxmır. Ponomaryovun son vaxtlar çıxış etdiyi İsveçdə mövsüm bitdiyindən, belə problem yoxdur. Sadəcə, özünə yeni klub axtaran Anatoli bunun üçün vaxtın verilməsini yığmanın məşqçilərindən xahiş edib.
Bakının “Olimpik” klubundan oynayan Qomeşdə isə problem başqadır. Milli komandamızın qarşıdakı hazırlıq prosesi sonradan bəlli oldu və Qomeş də ilk dövrə bitəndən sonra istirahət məqsədilə vətəninə bileti erkən alıbmış. Yığmanın məşqçiləri də bunu nəzərə alaraq, Leandroya vətəninə tez yollanmasına əngəl olmayıb. Qomeşin “Olimpik”dəki komanda yoldaşı Usim Ndukanın isə zədəsi var. Nigeriyalı müdafiəçi yığmamızın düşərgəsinə qatılsa belə, onun sağlıq durumuna milli komandamızın həkimləri qərar verəcək.
Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqts toplanışa 37 futbolçu çağırmışdı. Bunlardan 4-ü kənarda qaldıqdan sonra 33 oyunçunu sərəncamında görəcək alman mütəxəssis yığma üzvlərini tibbi müayinədən keçirəcək.
Mənbə: apasport.az
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı