Futbol adına ləkə gətirən oyun: "Dinamo" - "Lion" (VİDEO)

VİDEO 8 Dekabr 2011 / 12:58 3885
-  A +

Xəbər verdiyimiz kimi, Amsterdamın «Ayaks» klubunun baş məşqçisi Frank de Bur Çempionlar Liqasında onlarla eyni qrupda yarışan Fransanın «Lion» və «Dinamo» komandaları arasında Zaqrebdə dünən keçirilmiş oyunun nəticəsini şübhə altına alıb.

Qol.Az-ın championat.com saytına istinadən yaydığı xəbərə görə, bu iki komanda arasındakı dünənki qarşılaşma 7:1 hesabı ilə fransızların xeyrinə başa çatıb.

Meydan saibləri 1:0 hesabı ilə irəlidə olsa da, «Lion» sonradan yeddi qol vurub və səkkiz xal toplayaraq qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb.

Eyni xal toplayan «Ayaks» isə üçüncü yeri tutub. Qeyd edək ki, «Lion»a növbəti mərhələ çıxmaq üçün məhz böyükhesablı qələbə lazım idi.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord