Rafael Əmirbəyov futbolla vidalaşdı (VİDEO)

Rafael Əmirbəyov futbolla vidalaşdı (VİDEO)
VİDEO 8 Dekabr 2011 / 02:08 2734
-  A +

Uzun illər paytaxtın “Dinamo”, ardından isə onun sələfi “Bakı” klubunun şərəfini qorumuş Rafael Əmirbəyov futbolçu karyerasını rəsmən başa vurub. Qol.Az-ın məlumatına görə, bu münasibətlə “Bakı” klubunun təlim-məşq bazasında vida matçı təşkil olunub. Görüşdə “Bakı”nın hazırkı heyəti ilə Azərbaycan futbolunun ulduzlarından ibarət simvolik yığma üz-üzə gəlib. Səbəbkar ilk yarıda “ulduzlar”ın, fasilədən sonra isə doğma komandasının heyətində çıxış edib və hər iki hissədə bir qol vurub. Görüş isə 3:3 hesablı heç-heçə ilə nəticələnib. Digər qolları “Bakı”nın futbolçularından Rəhman Hacıyev və Junior, “ulduzlar”dan isə Paşa Əliyevlə Samir Musayev vurub. Görüşün sonlarında Əmirbəyov meydançanı dostlarının əlləri üstündə tərk edib. Qeyd edək ki, simvolik komandanın baş məşqçisi millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqov olub.






Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki