Voleybolçularımızın Avropa macərası “Topaz”da

Voleybolçularımızın Avropa macərası “Topaz”da
ETOPAZ 7 Dekabr 2011 / 17:28 2477
-  A +

* “Azərreyl” çempionluq marafonuna başlayır.
* “İqtisadçı” Buxarest səfərindən zəfərlə dönmək istəyir.
* “Rabitə” “Dördlər Finalı”nın yolunu axtarır.

Azərbaycanda bir nömrəli komanda idman növü olmaq yolunda önəmli məsafə qət edən, ölkənin adını Avropa nəhəngləri ilə yanaşı çəkdirən voleybol, bundan sonra “Topaz”ın da proqramlarında yer alacaq. Ölkənin ilk və tək mərc oyunları təşkil edən operatoru olan “Topaz” klublarımızın Avrokuboklardakı çıxışına yer ayırmaqla, həm voleybolun kütləviləşməsi, həm komandalarımıza dayaq, həm də müştərilərinin alternativ qazanc mənbəyi tapmasına kömək etməyə çalışır. Sizlər də çalışın ki, “Topaz”ın yaratdığı fürsəti boşa verməyəsiz.

Bügün Azərbaycanı qitəmiqyaslı turnirlərdə təmsil edən komandalarımız meydana çıxacaq. Qadın voleybolçulardan ibarət “Azərreyl”, “İqtisadçı” və “Rabitə”nin günü necə tamamlayacağını hamıdan əvvəl sizlər müəyyənləşdirə bilərsiz. Ötən mövsüm Çempionlar Liqasında xarüqələr yaradan “Azərreyl” ilə “Rabitə” cari mövsümə qızıl medallara sahib çıxmaq üçün başlayıblar. Klublararası dünya birinciliyində bütün rəqiblərini üstələyərək, çempionluğu bayram edən “Rabitə”, Bakıda təşkil olunacaq “Dördlər Finalı”na vəsiqə qazanaraq, doğma azarkeşləri önündə Avropa birincisi olmağa çalışacaq. Rəqib təmsilçimizlə bərabərsəviyyəlidi desək, yanılarıq. “Drezdner”in “Rabitə” səviyyəsində olmamasını hər kəs bilsə də, təmsilçimizin səfərdən qələbə ilə dönüb-dönməyəcəyi məlum deyil. Elə “Azərreyl” haqda da fərqli fikir səsləndirmək doğru olmaz. İtaliyanın “Volley Berqamo” təmsilçisini qəbul edəcək voleybolçularımız, qələbəyə yaxın olan komandadı. Sizlər Topaz məntəqələrinə yaxınlaşaraq, öz fikrinizi bizimlə bölüşə, düşüncələrinizdən zəngin ola bilərsiz.

“İqtisadçı”nı isə Rumıniyada çətin oyun gözləyir. Paytaxt Buxarestdə voleybolçu qızlarımız “Dinamo”nun müqavimətini qırmalıdı. Təmsilçimizin bizləri sevindirmək ehtimalını sizlərdən eşitmək olduqca xoş olardı. Hisləriniz və düşüncələrinizi Topaz vasitəsi ilə pula çevirmək ehtimalınızı əldən qaçırmayın.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Əlavə məlumat üçün www.topaz.az saytına və ya +99412 499 76 17 müştəri xidmətləri əlaqə nömrəsinə müraciət etməyiniz xahiş olunur.

"Topaz"


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın