Rafael Əmirbəyov karyerasını rəsmən başa vurur (VİDEO)

VİDEO 7 Dekabr 2011 / 16:05 2716
-  A +

"Bakı" klubunun sabiq oyunçusu Rafael Əmirbəyov futbolçu karyerasını rəsmən başa vurur.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı müdafiəçinin vida oyunu bu gün klubun təlim-məşq düşərgəsinin stadionunda keçiriləcək.

Bu oyunda Rafael Əmirbəyovla birgə "Bakı" və Azərbaycan milli komandasının heyətində top qovan futbolçular meydana çıxacaqlar.

Qeyd edək ki, Rafael Əmirbəyov "Bakı"nın heyətində ən çox oyun keçirən oyunçudur.

Rafael Əmirbəyov 1998-2011-ci illər ərzində (qısa fasilələrlə) 135 oyun keçirib.


Son xəbərlər