İstanbul nəhənglərinin dueli “Topaz”da

ETOPAZ 7 Dekabr 2011 / 11:37 2394
-  A +

“Türk Telekom Arena”da keçirilən matçın əhəmiyyətindən danışmaq əbəsdi. “Qalatasaray” – “Fənərbağça” qarşılaşmalarının Türkiyə futbolundakı yeri hamıya məlumdu. Mövsümə səs-küylü transferlərlə başlayan “cim-bom”un əzəli rəqibi qarşısında nə edəcəyi olduqca maraqlıdı.

“Topaz”ın bügünkü proqramına xüsusi oyun kimi salınan, oyunçulara 90 dəqiqə ərzində bir neçə dəfə sevinmək imkanı yaradılan İstanbul nəhənglərinin dueli həm də Superliqanın lideri ilə ikincisinin mübarizəsidi. Statistik göstəricilərə görə “Fənərbağça” rəqibini üstələsə də, adətən çempionatın ikincisi ilə birincisinin görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşır. “Qalatasaray”ın heyətindəki problemlər, özəlliklə Elmanderin olmaması oyuna təsirini göstərəcəkmi? Bu və ya digər sualların cavabını 90 dəqiqəlik mübarizədən əvvəl bilirsizsə, mütləq şansınızı boşa verməyin, “Topaz” məntəqələrinə gəlin.


Türkiyə çempionatının digər nəhəngi isə Fransada mübarizəyə qoşulacaq. Rəqiblərinin ölkədaxili çəkişməsi fonunda “Trabzonspor” Avropa macərasını davam etdirib-etdirməyəcəyini müəyyənləşdirməlidi. “Lill”i səfərdə məğlub edəcəyi təqdirdə, “İnter” – ÇSKA matçının nəticəsindən asılı olmayaraq, Qara dənizlilər növbəti mərhələyə adlayacaqlar. Heç-heçə isə türklərin işini qəlizləşdirəcək. Axı ordu futbolçularının Milandakı zəfəri bütün planları alt-üst edə bilər. Topaz müştəriləri “Trabzonspor”un Fransa sərgüzəşti ilə yanaşı qrupun digər qarşılaşmasına da mülahizə yürütmək imkanları var. “Topaz” həmişə olduğu kimi yenə sizlər üçün çalışır və bu səbəbdən də istədiyiniz oyunu seçərək ekspress kuponunuza dazil etmək imkanı yaradıb.

17 qarşılaşmadan 4-ü TƏKli oyun kimi ixtiyarınıza verilib. “Ayaks” – “Real” Madrid matçı təkli oyun kimi proqramımızda yer almasa da, müştərilərimiz Amsterdamdakı qarşıdurmadan yararlana bilərlər. Qrupda liderliyini təmin edən Madrid təmsilçisinin “Ayaks” önünə əvəzedici heyətlə çıxa bilər. Həftəsonu keçiriləcək “Barselona” oyununu fikirləşən Mourinyonun riskə gedəcəyi ağılabatan deyil. Odu ki, “Ayaks” – “Real” matçından sürpriz nəticə gözləməyə dəyər. Bunu inandırıcı iddia saymırsızsa, yaxud bu fikirlə razılaşırsızsa, mütləq Topaz məntəqələrinə üz tutun.

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq