Çempionlar Liqası həyəcanını “Topaz” fərqi ilə yaşa

ETOPAZ 6 Dekabr 2011 / 13:24 2903
-  A +

* “Valensiya”nın Londonda aqibəti necə olacaq?
* “Portu”ya mütləq qələbə lazımdı.
* “Klayd” səfərdə 3 xala yaxın olan tərəfdi.

İndiyədək 5 dəfə üz-üzə gələn, qarşılaşmaların hamısında Çempionlar Liqasında yoluna davam etmək üçün münasibətlərini aydınlaşdıran “Çelsi” – “Valensiya” duelində İspaniya təmsilçisi qələbə qazanmayıb. “Çelsi”nin 90 dəqiqəlik mübarizələrdən 2 dəfə qalib ayrıldığının şahidi olarıq. Elə cari mövsümdə də “Dumanlı Albion” təmsilçisi ilk qarşılaşmada, özü də ispanların gözü qarşısında “Valensiya”ya təslim olmadı. Matçdakı heç-heçəyə ən çox sevinən tərəf “Valensiya” idi. Londonda hansı sonuc qeydə alınacağını, ehtimal olunan heç-heçəyə hansı komandanın sevinəcəyini öncədən hiss edirsizsə, mütləq “Topaz”ın yaratdığı fürsətdən istifadə edin. Təkli oyun kimi sizlərə təqdim olunan “Çelsi” – “Valensiya” qarşılaşmasında qazanan tərəfin  siz ola biləcəyinizi heç vaxt unutmayın.

Sankt-Peterburqda, “Portu”nun kağız üzərində favorit göstərildiyi matçda, rəqibin qapısına 3 top göndərərək, qarşılaşmadan qalib ayrılan “Zenit”, 90 dəqiqə ərzində qələbənin təsadüfi olmadığını göstərməlidi. Rusiyanın Şimal paytaxtının təmsilçisinə “sülh” də sərf edir. Çünki qazanılacaq 1 xal ruslara növbəti mərhələyə adlamaq üçün bəs edir. “Portu” isə mütləq 3 xal qazanmalıdı. Portuqaliya təmsilçisi istər sərgilədiyi oyunla, istərsə də tarixə həkk etdirdiyi statistik göstəricilərlə, oyunun mütləq favoritidi. Amma unutmaq lazım deyil ki, futbolda hər şey ola bilər. Qarşılaşmaya aid hər hansı düşüncənizi bizimlə bölüşməyi unutmayın, “Topaz” məntəqələrinə gəlin.

Proqramımızda yer alan 31 oyundan biri də Şotlandiya 3-cü divizion qarşılaşmalarından olan “Kvins Park Reyncer” – “Klayd” matçıdı. Cari mövsümdə çempionat çərçivəsində 13 dəfə meydana çıxan “Klayd” əsl səfər komandasıdı. İndiyədək cəmi 1 dəfə səfər yenilgisi dadan “Klayd” doğma azarkeşlər önündə “Kvins Park Reyncers”ə 0:2 hesabı ilə uduzsa da, budəfəki qarşılaşmanı lehinə tamamlamağa çox yaxındı.

Ekspress kuponlarınızda ÇL, İngiltərə Kuboku və aşağı divizion qarşılaşmaları, habelə Argentina çempionatı oyunları ilə yanaşı məhz bu qarşılaşmanı da daxil edə bilərsiz. Çalışın futbol həyəcanını “Topaz”da yaşayın.
 
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Əlavə məlumat üçün www.topaz.az saytına və ya +99412 499 76 17 müştəri xidmətləri əlaqə nömrəsinə müraciət etməyiniz xahiş olunur.

"Topaz"


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın