“Letuvos Ritas”, PAOK və “Benetton”un ortaq istəyi “Topaz”da!

“Letuvos Ritas”, PAOK və “Benetton”un ortaq istəyi “Topaz”da!
ETOPAZ 22 Noyabr 2011 / 15:37 2454
-  A +

Lokaut elan ediləndən sonra Milli Basketbol Assosiasiyası azarkeşlərinin mütləq əksəriyyəti diqqətini Avropa basketboluna yönəldib. MBA azarkeşlərinin Azərbaycanda da sayının kifayət qədər çox olduğunu düşünsək, o zaman qitənin basketbol arenalarında baş verənləri təqib edənlər arasında azərbaycanlıların da çox olduğu qənaətinə gələrik. Qol.Az saytının məlumatına görə, “Topaz” futbolsevərlər kimi basketbola könül verənlərin də maddi rifahını yüksəltmək üçün əlindən gələni əsirgəmir.

Basketbol üçün tərtib edilən proqram ən azı futbol proqramı qədər rəngarəng və zəngindi. Ümumiyyətlə, basketbolun bütün qarşılaşmalarının təkli matçdır və qazanmaq üçün daha əlverişlidir. Basketbolda isə güclülərin sensasiyaya etmək şansı aşağıdır, o zaman bu sahəyə diqqət ayırmağa dəyər. “Topaz” məntəqələrinə yaxınlaşarkən, basketbol matçlarına da mərc verməyi unutmayın.

Bugünkü proqramda nüfuzuna görə qitənin ikinci ən böyük çempionatının – Avrokubokun qarşılaşmalarına yer verilib. Bu birincilikdə ötən mövsümədək Avroliqada mübarizə aparan, əldə etdiyi nəticələrlə geniş əks-səda doğuran “Letuvos Ritas”, PAOK və “Benetton” kimi komandaların qızıl medalları hədəf seçməsi, çox şeydən xəbər verir. Bu siyahıya “Ximki”ni, eləcə də “Aris”i də əlavə etmək mümkündür. Onların ortaq istəyi Avrokubok birincisi olaraq, yenidən Avroliqaya yüksəlməkdi. Məhz “Topaz”la siz bu və digər komandaları təqib edə-edə pul qazanmaq imkanına maliksiz.

İlk matçda KRKA-nı səfərdə məğlub etməklə azarkeşlərini sevindirən “Letuvos Ritas” Vilnusda Maripul “Azovmaş”ını qəbul edəcək. Ölkəsinin ən böyük media holdinqlərindən birinin maliyyələşdirdiyi Litva klubu matçın mütləq favoritidir. Belə və ya əksini düşünənlər mütləq “Topaz”da mərc etsinlər. Axı, “Topaz”ın yarandığı gündən 2 əsas məqsədi var: Azərbaycan idmanına və azarkeşlərinə xidmət etmək.

Günün ən maraqlı qarşılaşmalarından biri də son 2 ildə çətin günlərini yaşayan, hazırda toparlanaraq həm Almaniyada, həm də qitəmiqyaslı turnirlərdə yenidən başarılı olmağa çalışan “Alba”dı. Müstəqillik qazanandan sonra futbolda olduğu kimi basketbolda da adından söz açdırmağa çalışan “Buduçnost” Berlində “Alba”ya acı sürpriz yaşatmağa çalışacaq. Mütəxəssislər tərəfindən Almaniya təmsilçisi favorit göstərilsə də, çernoqoriyalılardan sürpriz gözləməyə dəyər. Çünki Serbiya ilə yollarını ayırandan sonra basketbol mütəxəssislərinin önəmli bir hissəsi Çernoqoriyanın payına düşdü. Qarşılaşma haqda hansısa mülahizəniz varsa, “Topaz”a tələsin!

Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

"Topaz"


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı