“Topaz” təqdim edir: “Şaxta “Lill”ə, fırtına “İnter”ə necə təsir edəcək?

“Topaz” təqdim edir: “Şaxta “Lill”ə, fırtına “İnter”ə necə təsir edəcək?
ETOPAZ 22 Noyabr 2011 / 12:52 2564
-  A +

Dünyanın ən baxımlı və nüfuzlu klub miqyaslı turniri yenidən “Topaz”sevərlərlə birlikdədi. Bugünkü proqramımızda İngiltərə və Fransa aşağı liqa qarşılaşmalarına, habelə Şotlandiya və İngiltərə kuboku matçlarına yer verilsə də, azarkeşlər üçün ən böyük hədiyyəmiz təbii ki, Çempionlar Liqasıdır. Biz istər təkli oynamağa, istərsə də ekspress kupona üstünlük verənlərə ideal şərait yaratmışıq. Futbol biliyinə və hisslərinə güvənənlər bu fürsəti boşa verməməlidi. Düşüncələrinizlə pul qazanmağın ən əlverişli üsulu “Topaz” məntəqələrinə üz tutmaqdı.

90 dəqiqə hücum edən tərəf olsa da, Milandakı qarşılaşmadan məğlub ayrılan “İnter” görəsən, bu dəfə hansı aqibəti yaşayacaq? Qrupun autsayderi göstərilməsinə baxmayaraq, liderlik mücadiləsi verən “Trabzonspor”u doğma azarkeşləri önündə məğlub etmək asan deyil! İtalyanların “Qara dəniz fırtınası” qarşısında nə edəcəyini hiss edirsiz? Elə isə hisslərinizə güvənin və “Topaz”da mərc edin. “Trabzonspor” – “İnter” oyununun demək olar ki, hər dəqiqəsi, hər qolu, bu matçda yaşanan hər olay sizləri zəngin edə bilər. “Topaz” proqramını məhz oyunçuların istəyinə uyğun tərtib edib. Unutmaq lazım deyil ki, son illərin ən uğursuz mövsümünü keçirən “İnter”in favorit göstərilməsi, oyunçulara daha çox vəsait qazandıra bilər. Axı “Trabzonspor”un kağız üzərində favorit göstərilən Milan təmsilçisini məğlub etmək ehtimalı da var.

Öncəki tur baxımlı oyun göstərərək, Trabzondan 1 xalla dönən ÇSKA doğma divarlar arasında “Lill”i qəbul edəcək. Ötən mövsümün sonunadək Fransanın ən güclüləri arasında olan, lakin bir neçə əsas “silah”ını mövsümlərarası transfer dönəmində heyətində saxlaya bilməyən “Lill”in çılğın ÇSKA azarkeşləri qarşısında necə futbol sərgiləyəcəyi olduqca maraqlıdı. Şaxtalı Moskva gecəsində fransızların çətinlik yaşayacağı daha çox ehtimal olunur. Digər tərəfdən, unutmaq lazım deyil ki, Fransa təmsilçiləri Rusiya klubları üçün arzuolunmaz rəqib hesab olunur və adətən şimal qonşumuzu təmsil edən komandalar üzərində uğur qazanırlar. Bir sözlə, bu oyun haqdakı düşüncələrinizi “Topaz”la bölüşməklə cibinizi doldura, zənginləşə bilərsiz. Fürsəti əldən verməyin, düşünün, “Topaz”la qazanın.

İngiltərə Premyer Liqasının lideri, göstərdiyi oyunla qızıl medalların ən böyük favoriti hesab olunan “Mançester Siti”, Çempionlar Liqasında arzulanan futbolu sərgiləyə bilmir. Qrup ikincisi olsa da, “Mançester Siti” hər zaman büdrəyə bilər. Nəzərə alsaq ki, ərəb şeyxlərinin komandasının budəfəki rəqibi İtaliyanın ən çılğın azarkeş ordusuna malik təmsilçisi “Napoli”di, o zaman ehtiyatlı danışmağa dəyər. Geniş və güclü heyətə malik olmasa da “Napoli” 90 dəqiqə seyrciləri futbola doydurur. “Napoli” – “Mançester Siti” matçına dair hər hansı düşüncəniz, mülahizəniz varsa, onu bölüşə biləcəyiniz məkanlar da var – “Topaz” məntəqələri.
 
Xatırladaq ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

"Topaz"


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı