Babək Quliyev: “Böyrəyimdə kristallaşma gedir”

XƏBƏR 27 Noyabr 2008 / 16:27 3623
-  A +

“İki gün əvvəl böyrəyimdə ağrılar hiss etdim. Bu ağrıların növbəti turda meydana çıxmağıma imkan verməyəcəyini başa düşdüyümdən Hakimlər Komitəsindən təyinatımı dəyişməyi xahiş etdim”. Bu fikirləri FİFA hakimi Babək Quliyev deyib. Səhhətində yaranan problemlər üzündən Azərbaycan Premyer Liqasının XIII turuna çıxmayacaq 34 yaşlı hakim problemin ciddi olmadığını bildirib: “Bu turda iştirak etməməyimlə bağlı xahişi müsbət dəyərləndirdilər. Həkim müayinəsi göstərdi ki, böyrəyimdə kristallaşma, yəni daşlaşma gedir. Həkimlər müalicə yazıblar ki, 10 günlük iynə-dərmandan sonra hər şey qaydasında olacaq. Artıq 2009-cu ilin əvvəlində oyunları idarə etməyə hazır olacağam”.

Qeyd edək ki, Quliyev cari mövsüm Premyer Liqanın 9, Azərbaycan kubokunun 1 görüşündə baş hakim olub.
 

Mənbə: affa.az 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord