"Bakı" U-21-i məğlub etdi (FOTOLAR)

"Bakı" U-21-i məğlub etdi (FOTOLAR)
XƏBƏR 27 Mart 2009 / 18:00 2866
-  A +

Çempionatda yaranmış fasilədən istifadə edən premyer-liqanın lideri "Bakı" bu gün yoxlama oyunu keçirib. Qol.Az-ın klubun mətbuat xidmətinin rəhbəri Ruslan Əlişzadəyə istinadən verdiyi məlumata görə, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda "zolaqlılar" 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasıyla qarşılaşıb. Oyun "Bakı"nın 1:0-lıq qələbəsiylə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu qarşılaşmanın 37-ci dəqiqəsində Vadim Borets vurub.

Qeyd: Fotolar bakifc.az-dan götürülüb








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı