Həmyerlimiz Çexiya çempionatında parlamağa davam edir (VİDEO)

VİDEO 6 Noyabr 2011 / 15:37 4326
-  A +

Çexiyanın əsas liqasında çıxış edən “Dukla” klubunun aşağı yaş qrupunda oynayan həmyerlimiz Məmməd Məmmədov haqda xəbər vermişdik. Qol.Az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Məmməd Çexiya çempionatında parlamağa davam edir. Əslən Laçın rayonundan olan Məmmədin məşqçiləri onun haqqında yüksək fikirdədilər. Həmyerlimizin yaxın gələcəkdə Avropanın böyük klublarında çıxış edəcəklərinə böyük inamları var.

Məşqçilərinin Məmməddə xoşladıqları üstünlüklər oyunçumuzun texnikalı olması və meydanı yaxşı görməsidir. 10 nömrəli formanı geyən Məmməd yarımmüdafiə xəttinin sol kənarında oynayır. Komandasının lideri hesab olunur.

Məmməd artıq bir sıra üstünlükləri ilə yaşıdlarından fərqlənir. O, 2005-2006 mövsümün ən yaxşı oyunçusu seçilib. Keçən mövsüm liqada ən çox qol vuran üç oyunçudan biri olub. Cari mövsümdə keçirdiyi son 5 oyuna 4 qol vura bilib.

Məmmədin qardaşı Rafael də «Dukla»da çıxış edir. O, 2001-ci il təvəllüdlüdür və indidən bir cox cəhətləri ilə məşqçilərin rəğbətini qazanıb.



Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı