Azarkeşin futbolçunu vurması aranı qarışdırdı (VİDEO)

VİDEO 31 Oktyabr 2011 / 15:43 2789
-  A +

Rumıniya çempionatında keçirilən "Petrolul Ployesti" - "Styaua" matçında insident yaşanıb. Qol.Az-ın məlumatına görə, ilk hissənin sonlarında meydana girən bir azarkeşin qonaq komandanın müdafiəçisi George Qalamazın başına yumruqla vurması aranı qarşıdırıb. Zərərçəkən yerdə qalarkən "Styaua" klubunun digər futbolçuları həmin azarkeşi vurmağa başlayıblar. Yalnız polisin müdaxiləsindən sonra ara sakitləşib. Lakin baş hakimin "Stayua"nın iki futbolçusuna qırmızı vərəqə göstərməsi vəziyyəti yenidən gərginləşdirib. Həmin epizoddları təqdim edirik:



Son xəbərlər