Elşən Qəmbərov karyerasını başa vurdu

XƏBƏR 27 Noyabr 2008 / 14:41 3966
-  A +

Azərbaycan yığmasının sabiq hücumçusu Elşən Qəmbərov karyerasını başa vurub. Bu haqda açıqlama verən 36 yaşlı futbolçunun sözlərinə görə, qərarını dəyişmək fikrində deyil: “Daha bəsdir”.

Karyerasının böyük hissəsini Özbəkistanda keçirən Qəmbərov sonuncu dəfə Səmərqənd “Dinamo”sunda oynayıb. O bildirib ki, vaxtilə heyətində Özbəkistan kubokunu qazandığı klubdan baş məşqçi dəyişikliyinə görə ayrılıb: “Dinamo”ya Tacmurad Ağamuradova görə getmişdim. Vaxtilə Türkmənistan yığmasını çalışdıran bu mütəxəssisin gedişindən sonra mən də komandanı tərk etməyə məcbur oldum. Çünki rəhbərlik müqaviləmizdə baş məşqçi dəyişikliyi olacağı halda, bizim də gedəcəyimizlə bağlı şərt daxil etmişdi”.

“Dinamo” ilə dekabra qədər müqaviləsi olduğunu vurğulayan Qəmbərovun sözlərinə görə, bu yaşda özünə yeni komanda tapacağına inanmır.

 

Mənbə: apasport.az


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı