"Birinci dövrədə hakimliyin səviyyəsi qənaətbəxş olub"

XƏBƏR 27 Noyabr 2008 / 13:35 3527
-  A +

Futbol üzrə Azərbaycan Premyer-Liqasının oyunlarını idarə edən hakimlər ikinci dövrəyə Türkiyədə hazırlaşacaqlar. «Hakimlərin ikinci dövrəyə yaxşı hazırlaşması üçün təlim-məşq toplanışının keçirilməsini nəzərdə tutmuşuq. Bu məqsədlə Premyer-Liqa oyunlarını idarə edən hakimlər yanvar ayının ortalarında Türkiyənin Antalya şəhərinə yollanacaqlar», - deyə AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirb.

Məmmədov hesab edir ki, birinci dövrədə hakimliyin səviyyəsi qənaətbəxş olub: "Birinci dövrədə hakimlikdən razı qaldım. Düzdür, bəzi problemlər oldu. Səhvlərə görə bəzi hakimləri cəzalandırdıq. Amma ümumilikdə birinci dövrədə hakimliyin səviyyəsini qənaətbəxş hesab edirəm. İkinci dövrədə vəziyyət daha yaxşı olacaq» ("Trend").


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord