"Fair-play" qaydasının pozulması aranı qarışdırdı (VİDEO)

VİDEO 20 Oktyabr 2011 / 14:02 2586
-  A +

Asiya Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən "Suvon Bluevings" - "Əl Sadd" matçında sabiq "Fənərbaxça"lı Mamadu Nianqın vurduğu qol qalmaqala səbəb olub. Qol.Az-ın məlumatına görə, matçın 80-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu yerdə qaldığı üçün top auta çıxarılıb. Daha sonra isə oyuna autdan başlayan qonaqlar "fair-play" olaraq topu rəqibə verməli olsalar da, sabiq "Qalatasaray"lı Saudu Keytanın ötürdüyü topu Nianq qapıdan keçirib. Buna etirazlarını bildirən meydan sahibləri qolun qeydə alınmamasını tələb ediblər. Matçın baş hakimi isə Keyta ilə rəqibin bir futbolçusuna qırmızı vərəqə göstərərək onları meydandan qovub. Nianq isə sarı vərəqə ilə canını qurtarıb. Həmin epizodu təqdim edirik:



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı