Uinston Parks Braziliyaya qarşı oynadı (VİDEO)

Uinston Parks Braziliyaya qarşı oynadı (VİDEO)
VİDEO 10 Oktyabr 2011 / 13:40 3020
-  A +

"Bakı" futbol klubu və Kosta Rika milli komandasının hücumçusu Uinston Parks Braziliya yığmasına qarşı oyunda  64 dəqiqə meydanda olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kosta Rika - Braziliya qarşılaşmasına əsas heyətdə çıxan Parksın komandası 59-cu dəqiqədə braziliyalı Neymar Da Silvanın vurduğu yeganə qolla meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Qeyd edək ki, Braziliya televiziyası ilə canlı yayımlanan oyun zamanı şərhçi Parksın Azərbaycanın iddialı klublarından biri olan "Bakı"da oynadığını və meydanda yaxşı təsir bağışladığını qeyd edib.





Son xəbərlər