Protasov Cavadovu yada saldı

XƏBƏR 27 Noyabr 2008 / 12:11 3697
-  A +

Bu günlərdə «Kuban» klubunun baş məşqçi postundan istefa vermiş Oleq Protasov Ukrayna mətbuatına müsahibəsində sovet dönəmindəki hücumçuları indikilərlə müqayisə edib. Qol.Az-ın məlumatına görə, SSRİ çempionatlarında bir mövsüm ərzində vurduğu 36 qolla rekorda imza atan Protasov «Neftçi»nin sabiq kapitanı İsgəndər Cavadovu da yada salıb: «İndiki futbolçular elə vəziyyətdə fərqlənə bilmirlər ki, adam dəhşətə gəlir. Halbuki həmin yerdən gözü bağlı da qol vurmaq olar. Elə olub ki,  mən də real şansı qaçırmışam. Amma mövsüm ərzində 5 qol vurmaq və bunların da bəzisini penaltidən, bax, bu mənlik deyil. Üç dəfə SSRİ çempionatının ən yaxşı bombardiri olmuşam. Yığma komandanın heyətində və avrokuboklarda da fərqlənmişəm. İndi məhsuldar hücumçu tapmaq çətin məsələdir. Əvvəllər isə belə deyildi. 80-ci illərdə Oleq Bloxin, Ramaz Şengeliya, Sergey Rodionov, Aleksandr Borodyuk, Qeorqi Kondratyev, Yevstafi Pehləvanidi, İsgəndər Cavadov kimi hücumçular parlayırdı. Hazırda isə bizdə əsas hücumçular leionerlərdir».  


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı