Bekhem baş məşqçini vurmaq istədi (VİDEO)

VİDEO 6 Oktyabr 2011 / 12:46 2808
-  A +

Futbol meydanlarında centlmenliyi ilə tanınan ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun ingiltərəli yarımmüdafiəçisi Devid Bekhem bu dəfə intizamsız davranışı ilə hamını şoka salıb. Qol.Az-ın məlumatına görə, 36 yaşlı oyunçu “Real Solt-Leyk Siti”nin baş məşqçisi Ceyson Kreysin üzərinə cumub. O, matçdan sonra rəqib komandanın futbolçuları ilə görüşsə də, nədənsə, baş məşqçiyə qarşı kobud davranıb. Bekhem və Kreysi vaxtında ayırıblar və mübahisə dava-dalaşla nəticələnməyib. Qeyd edək ki, MLS Liqasında keçirilmiş “Los-Anceles Qelaksi” – “Real Solt-Leyk Siti” matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 2:1.



Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı