“Topaz+” müsabiqəsində sonuncu tura start verildi

“Topaz+” müsabiqəsində sonuncu tura start verildi
ETOPAZ 4 Oktyabr 2011 / 16:20 2975
-  A +

“Topaz+” müsabiqəsində üçüncü turun 5 qalibinin adı artıq məlumdur. Bunlar 1990-cı il təvəllüdlü Əliyev Vüsal Yaşar oğlu, 1989-cu il təvəllüdlü Ağayev Vüsal Mahir oğlu, 1983-cü il təvəllüdlü Məstəliyev Kənan Məstəli oğlu, 1988-ci il təvəllüdlü Muradov Elçin Əkrəm oğlu, 1981-ci il təvəllüdlü Mirzəyev Faiq Mirzəağa oğludur.

Hər qalib, hədiyyə olaraq, 7 oktyabr, 2011-ci il tarixində, “Dalğa Arena” stadionunda, 2012-ci il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununa 2 pulsuz VİP bilet əldə etdi.

Hazırda dördüncü tura start verilib. Qeyd edək ki, 23 Sentyabr – 4 Oktyabr tarixləri arasında keçirilən müsabiqədə 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Müsabiqədə olan Futbol haqqında 8 sual hər çərşənbə axşamı və cümə günü, saat 12:00-dan sonra www.topaz.az saytında yerləşdirilir və məhz bu gün də ötən həftənin qalibləri müəyyən olunur. Ətraflı məlumat üçün www.topaz.az saytına daxil ola və ya (012) 499 76 17 nömrəsinə zəng edə bilərsiniz.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı