"Topaz"ın qalibləri (FOTO)

"Topaz"ın qalibləri (FOTO)
ETOPAZ 1 Oktyabr 2011 / 01:43 6846
-  A +

“Topaz+” müsabiqəsində növbəti 5 qalibin adı da artıq məlumdur. Qol.Az saytının məlumatına görə, bunlar Bakı şəhəri sakinləri 1992-ci il təvəllüdlü Axundov Hüseyn Bəxtiyar oğlu, 1987-ci il təvəllüdlü Abbasov Vüqar Cəlal oğlu, 1989-cu il təvəllüdlü Qurbanov İlham Sadıx oğlu, 1986-cı il təvəllüdlü Müseyibov Ruslan Elbrus oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Elməddin Möhübbət oğludur. Hər qalib, hədiyyə olaraq, oktyabrın 7-də “Dalğa Arena”da, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununa 2 pulsuz VİP bilet əldə edib.

Qeyd edək ki, 23 sentyabr – 4 oktyabr tarixləri arasında keçirilən müsabiqədə 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər.

Müsabiqədə olan futbol haqqında 8 sual hər çərşənbə axşamı və cümə günü, saat 12:00-dan sonra www.topaz.az saytında yerləşdirilir və məhz bu gün də ötən həftənin qalibləri müəyyən olunur. Ətraflı məlumat üçün www.topaz.az saytına daxil ola və ya (012) 499 76 17 nömrəsinə zəng edə bilərlər.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı