“Xəzər-Lənkəran” azarkeşləri bəyanat yaydı

XƏBƏR 27 Noyabr 2008 / 00:04 3664
-  A +

Bu gün “Xəzər-Lənkəran” azarkeşlərindən ibarət “12-ci oyunçu” müstəqil fan-klubu bəyanatla çıxış edib.

Qol.Az-a daxil olan bəyanatda deyilir ki, “ “Xəzər-Lənkəran”ın son iki ev oyununda stadiona daxil olarkən klubun mühafizəçiləri tərəfindən yaradılan süni əngəllərə baxmayaraq komandamıza sona qədər dəstək olduq. Xüsusilə “Qarabağ”la oyunun ikinci hissəsində bir çox tribunalardan oturacaqlar sındırılıb meydana atılanda biz komandamızdan dəstəyimizi əsirgəmədik.Nəticədən asılı olmayaraq rəqib komandanın azarkeşlərinin alqış sədaları altında arenanı tərk etməsinin əsasını da məhz bizim fan-klub qoyub. Eyni zamanda qeyri-etik davranışlar edən, oturacaqları sındıran, meydana yad əşyalar atanlar da əməllərinə görə məsuliyyət hiss etməlidirlər. Bununla belə onlar “Xəzər-Lənkəran” azarkeşləridir və az bir hissəsi istisna olmaqla qalanları futboldan uzaq adam deyillər. Baş məşqçinin istefası ilə nəticələnən xoşagəlməz hadisələrin məsuliyyətini klub rəhbərliyi böyüklük göstərərək öz üzərinə götürməlidir. Böyüklər məsuliyyətdən qorxmurlar, qorxanlar isə böyük ola bilməzlər. “12-ci oyunçu” müstəqil fan-klubu “ Xəzər-Lənkəran”ın fəxri prezidentini kadr dəyişilikləri apararkən azarkeşlərin fikir və istəklərini nəzərə almağa, klub rəhbərliyini səmimi addımlar atmağa, azarkeşləri daha sivil olmağa və bütün “ Xəzər-Lənkəran” sevərləri qarşılıqlı ittihamlardan çəkinməyə çağırır!”

 Bəyanat redaksiyamıza gecə daxil olduğundan məsələ ilə əlaqədar “Xəzər-Lənkəran” klubunun rəsmilərinin mövqeyini öyrənə bilmədik.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı