Qeyri-adi penalti ifaçısı dünyasını dəyişdi (VIDEO)

VİDEO 26 Sentyabr 2011 / 10:44 3255
-  A +

Birləşmiş Ərəb Əmirlikləri yığması faciəvi hadisə ilə üzləşib. Qol.Az-ın məlumatına görə, sözügedən millinin yarımmüdafiəçisi Teyab Avana dünyasını dəyişib. 21 yaşlı futbolçu avtomobil qəzasında ölüb. Gənc oyunçu öz avtomobili ilə millinin düşərgəsindən evə qayıdarkən yolda yük maşını ilə toqquşub. Nəticədə ağır xəsarət alan Avana hadisə yerindəcə keçinib. Qeyd edək ki, Avana ərəblərin ən istedadlı futbolçularından hesab olunurdu. Qəza vaxtı futbolçunun qardaşı da avtomobildə olub. Hazırda o xəstəxanadadır və vəziyyəti ağırdır. Xatırladaq ki, bu futbolçu bir müddət öncə yerinə yetirdiyi qeyri-adi penalti zərbəsi ilə diqqətləri üzərinə çəkməyi bacarmışdı. Həmin qolu bir daha izləyək.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord