“Neftçi” və “İnter”in sabiq üzvündən mükəmməl qol (VİDEO)

VİDEO 19 Sentyabr 2011 / 13:22 2574
-  A +

“Neftçi” və “İnter”in sabiq müdafiəçisi, hazırda isə karyerasını Rusiyanın “Rostov” klubunda davam etdirən Dmitri Kruqlov Premyer Liqanın son turunda fərqlənib. Qol.Az-ın məlumatına görə, təcrübəli futbolçu Rusiya çempionatının son turunda MOİK-lə görüşdə komandasına bir xal qazandıran qola imza atıb. Azərbaycan Premyer Liqasının iştirakçısı 5-ci dəqiqədə adını tabloya yazdırıb. Lakin “Rostov” qələbə hesabını sonadək qoruyub saxlaya bilməyib. 65-ci dəqiqədə MOİK-in heyətində Dumbya komandasının bərabərlik qoluna imza atıb. Kruqlovun həmin qolunu təqdim edirik:



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı