Ötən mövsümün ən yaxşı qolu seçildi (VİDEO)

VİDEO 11 Sentyabr 2011 / 00:16 3116
-  A +

Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası 2010/2011-ci il mövsümünün ən yaxşı qolunu seçmək üçün sorğu keçirib. Qol.Az-ın məlumatına görə, artıq başa çatan sorğuda ümumilikdə 553 nəfər iştirak edib.

Sorğunun nəticələrinə əsasən ötən mövsümün son turunda "Simurq" - "Gəncə" oyununda ev sahibi komandanın futbolçusu Elvin Yunusovun vurduğu qol 2010/2011-ci il mövsümünün ən yaxşı qolu seçilmişdir. Sorğunun nəticələri aşağıdakı kimidir:
 
1. Elvin Yunusov – "Simurq" 34% 2. George Adamiya – "Qarabağ" 23% 3. Elnur Abdullayev - "Xəzər Lənkəran" 18% 4. Cavid Tağıyev – "Turan" 13% 5. Rodriqo Sezar Kabral – "Neftçi" 4% 6. Bahodir Nasimov – "Neftçi" 3% 7. Usim Nduka – AZAL 2% 8. Silvinyo Joao de Karvalyo – "Bakı" 2% 9. Angel Qutierrez – "Muğan" 1% 10. Samir Əliyev – "Simurq" 1%

Qeyd edək ki, Elvin Yunusov ən yaxşı qolun müəllifi kimi ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində təltif olunacaq. Ötən mövsümün ən yaxşı 10 qolunu bir daha təqdim edirik:



Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı