Veteran futbolçular AFFA-nın mərhum vitse-prezidentinin xatirəsini yad edəcəklər

XƏBƏR 26 Noyabr 2008 / 15:45 3603
-  A +

Sabah Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi, AFFA-nın mərhum vitse-prezidenti Toğrul Hacıyevin xatirəsi yad olunacaq. Oktyabrın 22-də vəfat edən T.Hacıyev yaşasaydı, noyabrın 27-də 65 yaşını qeyd edəcəkdi. Qol.Az-ın məlumatına görə, yadetmə mərasimini "Neftçi" Veteranlar Klubu təşkil edəcək.

Qeyd edək ki, 25 yaşında əməkdar məşqçi adına layiq görülən T.Hacıyev 1972-ci ildə keçmiş SSRİ üzrə keçirilən "Ümid kuboku" turnirinin qalibi adını qazanan komandanın baş məşqçisi olub. T.Hacıyev Rəşid Özbəyov, Asəf Namazov, Səməd Qurbanov və s. kimi futbolçuların yetişməsində böyük pay sahibi idi. 1965-70-ci illər aralığında Bakının "Dinamo"sunda baş məşqçi postunda çalışan T.Hacıyev SSRİ-nin gənclərdən ibarət komandasının məşqçisi kimi də fəaliyyət göstərib. AFFA-nın yaradıldığı 1992-ci ildə assosiasiyanın vitse-prezidenti təyin edilən futbol mütəxəssisi bir il sonra işindən ayrılsa da, 1996-cı ildən yenidən futbol qurumuna vitse-prezident kimi qayıdıb və 2003-cü ilədək həmin vəzifədə işləyib. Bu ilin avqust ayının 1-dən ölümünə qədər isə Regional Futbol Federasiyalarının vitse-prezidenti vəzifəsində çalışırdı.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı