Ümit Özat futbolçu karyerasına son qoydu

Ümit Özat futbolçu karyerasına son qoydu
DÜNYA FUTBOLU 15 Mart 2009 / 13:29 3061
-  A +

Türkiyə milli komandasının keçmiş futbolçusu Ümit Özat futbolçu karyerasını bitirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ürəyində problemlər olan Ümitə həkimlər karyerasını davam etdirməyə qadağa qoyublar. Son mövsümdə Almaniyanın “Köln” klubunda çıxış edən və türkiyəli futbolçular arasında ilk dəfə olaraq bu klubun kapitan sarğısını daşıyan müdafiəçi qəbul etdiyi qərar haqda deyib: “Mən qismətə inanan bir insanam. Bu gündən etibarən ikinci karyerama başlayıram. Mənim üçün vida oyunu keçirəcək və məşqçi diplomu almağıma kömək edəcək “Köln” klubunun rəhbərliyinə təşəkkür edirəm. Erkən yaşda futbolla vidalaşacağıma görə təəssüflənirəm. Amma digər tərəfdən də sevinirəm ki, futboldan sonrakı hədəflərimi həyata keçirməyə daha tez başlayıram. Məşqçi diplomu aldıqdan sonra məşqçi kimi ilk iş yerim də məhz “Köln” olacaq”.
Qeyd edək ki, mətbuat konfransında Ümit göz yaşlarını saxlaya bilməyib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı