Türkiyənin tanınmış futbolçuları Azərbaycanda oynamaq istəyirlər

Türkiyənin tanınmış futbolçuları Azərbaycanda oynamaq istəyirlər
XƏBƏR 14 Mart 2009 / 21:10 2758
-  A +

“Türkiyənin bəzi tanınmış futbolçuları Azərbaycanda oynamaq istəyirlər”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ”ın məşqçisi Mehmet Ak deyib. O bildirib ki, yaxın keçmişin ulduz futbolçuları karyeralarını ölkəmizdə davam etdirmək arzusundadırlar: “Türkiyənin bir çox tanınmış futbolçuları tez-tez mənimlə əlaqə saxlayaraq, karyeralarını burada davam etdirməkçün onlara kömək etməyimi istəyirlər. Bu futbolçular arasında “Beşiktaş”ın keçmiş oyunçusu Ahmet Yıldırım, “Qalatasaray”ın sabiq qapıçısı Kerem İnan, həmçinin Yunus Altun kimi Türkiyədə tanınmış isimlər var. Sonuncu iki futbolçu hazırda “Karşıyaka”da forma geyirlər. Onların tezliklə karyeralarını burada davam etdirməsi mümkündür. Bütün bunlar Azərbaycan futbolunun inkişafda olmasının göstəricisidir”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı