Əsgər Abdullayev: "Futbolçular verdiyim tapşırığın öhdəsindən gəldilər"

XƏBƏR 14 Mart 2009 / 18:35 2124
-  A +

"Bu gün meydana xal qazanmaq üçün çıxmışdıq. Sevinirəm ki, istəyimizə çatdıq". Qol.Az-ın məlumatına görə, bu szöləri "Xəzər-Lənkəran"la oyunsonrası mətbuat konfransında "Olimpik"in baş məşqçisi Əsgər Abdullayev deyib. O bildirib ki, avrokuboklara vəsiqə qazanmaq üçün sonadək yarışacaqlar: "Uşaqlar onlara verdiyim tapşırıqları artıqlamasıyla yerinə yetirdilər. Düzdür, qələbə qazanmaq istəyirdik. Amma "Xəzər-Lənkəran" kimi komandayla səfər oyununda 1 xal qazanmaq heç də pis nəticə deyil. Çalışacağıq ki, qarşıdakı oyunlarda da uğurlu çıxış edərək, avrokuboklara vəsiqə qazanaq". 

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı