“Muğan”ın kapitanı: “MOİK-i mütləq məğlub etməliyik”

XƏBƏR 14 Mart 2009 / 13:16 2282
-  A +

“MOİK-lə oyuna çox ciddi hazırlaşırıq. Bu oyun bizim üçün böyük əhəmiyyət kəsb edir”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Muğan”ın aparıcı üzvlərindən olan Tərlan Xəlilov deyib. Salyan komandasının kapitanı sabah keçiriləcək MOİK-lə oyunun çətin alınacağını bildirib: “Hazırda turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Buna görə də premyer-liqadakı yerimizi qorumaq üçün hər oyuna qələbə üçün çıxırıq. Bizim kimi MOİK də hazırda autsayderlər sırasında yer alıb. Onlar da yalnız qələbə haqda düşünürlər. Buna görə də görüşün çox gərgin keçəcəyinə əminəm. Bununla belə, inanıram ki, biz rəqibə nisbətən daha yaxşı oyun sərgiləyərək, qələbə qazanacağıq. Bu oyunda qələbə bizə hava-su kimi lazımdır”.       


Son xəbərlər