"Bakı" liderliyi qorudu

"Bakı" liderliyi qorudu
PREMYER LİQA 15 Mart 2009 / 18:07 6909
-  A +

Bu gün saat 15.00-dan etibarən Qol.Az saytı Premyer-Liqanın XVIII turunun ikinci oyun gününün matçlarından canlı tekst-reportaj yayımladı.

15 mart, bazar
“Neftçi” - “Turan” 1:1
T.Bəhramov adına Respublika Stadionu,
Hakimlər: Sultani İmanxan, Durmuşov Elşən, Şpakovski İqor, Əsgərov Elvin
QOLLAR:  Marko Dafçev (59) - Asəf Qədiri (26)

"Turan" çox vacib xal qazandı. "Neftçi" isə qələbəsiz oyunlar seriyasını davam etdirir. 
Oyun başa çatdı.
89.
Oyunun sonları "Neftçi"nin hücumları şəraitində keçir. Amma "Turan"ın müdafiə xətti etibarlı oyunuyla rəqibə sevinmək imkanı vermir.
80. Atem qol vurmağa çox yaxın idi. Lakin "Neftçi"nin forvardının zərbəsi qeyri-dəqiq alındı.
72. Nadir Nəbiyevin qüvvətli zərbəsini "Neftçi"nin qapıçısı Miçoviç qaytara bildi. 
70. Qapısında qol gördükdən sonra "Turan" fəallaşıb. "Neftçi" də rəqibindən geri qalmamağa çalışır.
59. QOL. "Neftçi" hesabı bərabərləşdirdi. Marko Dafçev penaltini dəqiq yerinə yetirdi.
46. "Neftçi"nin heyətində oyunçu dəyişikliyi baş verir. Ali Cansunun əvəzinə Nyaqa meydana daxil olur.  
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42. "Neftçi" meydanda azlıqda qaldı. Ruslan Abışov qırmızı vərəqə aldı.
35. "Neftçi" bərabərlik qolunu vurmağa yaxın idi. Lakin Samir Əliyevin zərbəsi qapı dirəyinə tuş gəldi.
30. "Neftçi"nin heyətində ilk oyunçu dəyişikliyi baş verir. Stefanovun əvəzinə Nazar Bayramov oyuna daxil olur.  
26. QOL. "Turan" hesabı açdı. Asəf Qədiri fərqləndi. 
20.
"Neftçi"dən Kruqlov və Tağızadənin zərbələri təhlükəli alındı.
5. İlk dəqiqələrdən "Neftçi" daha fəal görünür. Meydan sahibləri rəqibi qapısına doğru sıxışdırıb.
Oyun başladı.


“Karvan” - “Bakı” 0:1
Yevlax şəhər stadionu,
Hakimlər: Salmanov Anar, Əsgərov Azər, Əliyev İsgəndər, Haşımov Ceyhun
QOL: Fabio Luis Ramim (77)

"Bakı" yenidən turnir cədvəlində zirvəyə yüksəldi.
Oyun başa çatdı.
77. QOLLL. "Bakı" nəhayət ki, istəyinə çatdı. Fabio Luis Ramim cərimə zərbəsindən hesabı açdı. 
73. "Bakı"nın baş məşqçisi Coko Haciyevski Elvin Əliyevin əvəzinə meydana daha bir hücumçu Draqan Naçiveskini buraxdı.  
65. Mahmud Qurbanovun zərbəsi çərçivəyə düşmədi.
60. Yevlaxlılar daha bir qol şansını boşa verdilər. Bu dəfə də Namiq Əliyevin zərbəsi dəqiq alınmadı.
56. Alim Qurbanovun cərimə zərbəsi az fərqlə qapının üstündən keçdi.
52. "Bakı" hesabı açmağa çox yaxın idi. Lakin Ticaninin zərbəsi qapı tirinə tuş gəldi.
46. "Bakı"nın heyətində oyunuçu dəyişikliyi baş verir. Vadim Boretsin əvəzinə Mahmud Qurbanov oyuna daxil olur.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
40.
Fabio Luis Ramimin zərbəsini "Karvan"ın qapıçısı tuta bildi.
30. Meydanda gərgin anlar yaşandı. Alim Qurbanovun Cəmşid Məhərrəmova qarşı kobud oyunundan əsəbləşən "Bakı"nın baş məşqçisi Coko Haciyevski meydana daxil oldu. Hakim Alimə sarı vərəqə verdi. 
27. "Bakı" hesabı açmağa yaxın idi. Lakin Skuliçin baş zərbəsi qapının üstündən keçdi.
18. Alimin cərimə zərbəsindən vurduğu daha bir təhlükəli zərbəni Şarliya tuta bildi.
15. Alim Qurbanovun təhlükəli zərbəsini "Bakı"nın qapıçısı Marko Şarliya son anda tuta bildi.
10. İlk dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində gedir. Qapılar qarşısında real qol epizodu yoxdur.
Oyun başladı.


“Bakılı” - “Standard” 0:2
Zabrat qəsəbə stadionu,
Hakimlər: Məmmədov Elçin, Əliyev Habil, Babayev Həsən, Məmmədov Rasim
QOLLAR: Zeynal Zeynalov (57,90),

"Standard" ardıcıl üçüncü qələbəsini qazandı.
Oyun başa çatdı.
90. QOL.
Zeynalov həm dublunu, həm də "Standard"ın qələbəsini rəsmiləşdirdi
81. Qonaqlar ikinci qolu vurmağa yaxın idilər. Lakin Rodriqonun zərbəsi qapı dirəyinə dəydi. 
64.
Qoldan sonra oyunun tempi aşağı düşüb.
57. QOL. "Standard" hesabı açdı. Zeynal Zeynalov fərqləndi.
55. İkinci hissəyə "Standart" fəal başlayıb.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
44.
Camal Məmmədovun zərbəsi qapıdan aralı keçdi. 
35.
Bu dəqiqələrdə oyunun tempi bir qədər aşağı düşüb. Hər iki tərəf tez-tez top itkisinə yol verir.
25. "Bakılı"dan Elşən Qəmbərovun, qonaqlardan isə Fərid Quliyevin zərbəsi təhlükəli alındı.
11. İlk dəqiqələrdən qonaqlar daha fəal görünürlər. "Bakılı" isə müdafiəyə çəkilərək, rəqibi əks-hücumda yaxalamağa çalışır. 
Oyun başladı.


MOİK - “Muğan” 1
:3
Şəfa stadionu
Hakimlər: Ağayev Hacıəli, Musayev Vaqif, Musayev Elman, Qədiyev Zöhrab
QOLLAR: İsmayıl Məmmədov (83) - Givi Çxetiani (20,35), Sənan Qurbanov (23)

MOİK bu gedişlə premyer-liqayla vidalaşacaq. "Muğan" isə premyer-liqadakı yerini qormaq baxımından əhəmiyyətli bir qələbə qazandı.
Oyun başa çatdı.
83. QOL.
İsmayıl Məmmədov cərimə zərbəsindən hesab arasındakı fərqi azaltdı.  
82.
MOİK-dən Fərid Həşimzadənin zərbəsi təhlükəli alındı.  
65. MOİK hesab arasındakı fərqi azalda bilərdi. Lakin Renat Sultanov qapıçıyla  təkbətəkdən yararlana bilmədi.
53. İkinci hissənin startı MOİK daha fəal görünür. Lakin "Muğan"ın arxa xətti hələ ki, "hərbçilər"ə sevinmək imkanı vermir.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.

42. MOİK buraxılan qollardan birinin əvəzini çıxa bilərdi. Lakin İsmayıl Məmmədovun zərbəsi qapıdan aralı keçdi.
35. QOLL. "Muğan" artıq 3:0 irəlidədir. Çxetiani dublunu rəsmiləşdirdi.
23. QOL. Qonaqlar artıq 2:0 hesabıyla irəlidədirlər. Bu dəfə də Sənan Qurbanov fərqləndi.
20. QOL. "Muğan" hesabı açdı. Givi Çxetiani fərqləndi.
20. "Muğan"dan Elnur Abdullayev hesabı aşa bilərdi. Lakin onu zərbəsi qeyri-dəqiq alındı. 
14. Oyun sakit tempdə başlayıb. Qapılar qarşısında təhlükəli an yaşanmayıb.  
Oyun başladı.


“Qarabağ” - “Qəbələ” 0:0 
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu,
Hakimlər: Əhmədov Rövşən, Hacıyev Samir, Əmrahov Səbuhi, Əliyev Əli

Oyun başa çatdı.
86.
Vaqif Cavaodvun zərbəsi təhlükəli alındı.
73. Yenicə meydana daxil olan Yaşar kobud oyuna görə sarı vərəqəylə cəzalandırıldı.
72. Hər iki komandanın heyətində oyunçu dəyişikliyi baş verir. "Qarabağ"da Sedat Şahini Zaur Ramazanov, "Qəbələ"də isə Anatoli Ostapı Yaşar Abuzərov əvəzləyir.
70. "Qəbələ"dən Fərzad Hatəmi sarı vərəqəylə cəzalanır.
60. "Qəbələ" qola yaxın oldu. Lakin Hatəminin baş zərbəsi qapıdan azca aralı keçdi.
55. Vaqif Cavadov sarı vərəqəylə cəzalandırıldı.
54. Şakirinin zərbəsi təhlükəli alınsa da, çərçivəyə düşmədi. 
46. "Qarabağ"ın heyətində oyunçu dəyişikliyi baş verdi. Nidal Fərhadoviçi Artim Şakiri əvəzlədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
42.
Vaqif Cavadovun cərimə zərbəsindən vurduğu top qapının üstündən keçdi.
34. Meydanda gərgin anlar yaşanır. Anatoli Ostapla Emin İmaməliyevin mübahisəsinə hər iki komandanın digər üzvləri də qatılıdığından, meydanda qarşıqlıq yaranır. Nəticədə hakim həm Ostapa, həm də İmaməliyevə sarı vərəqə verir.
32. "Qarabağ"ın heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Aslan Kərimov zədələnərək meydanı tərk etdi. Onun əvəzinə Namiq Yusifov oyuna daxil oldu.
28. "Qarabağ"ın müdafiəçisi Admir Teli hesabı aça bilərdi. Lakin onun zərbəsi qapıdan aralı keçdi.
25. Ardıcıl iki epizodda Fərhad Vəliyev komandasını qoldan xilas etdi. "Qarabağ"ın qapıçısı əvvəlcə Mətləb Məmmədovun, ardındansa Hatəminin zərbəsini qaytara bildi. 
21. "Qəbələ"dən Kamaranın zərbəsi təhlükəli alındı.
16. Fərzad Hatəmi hesabı açmağa yaxın idi. Lakin "Qəbələ"nin hücumçusunun zərbəsi qeyri-dəqiq alındı. 
5. "Qarabağ" oyuna daha fəal başlayıb. Nidal Fərhadoviç cinahdan gözəl ötürmə etsə də, Sedat Şahini topa toxuna bilmədi.
Oyun başladı.


14 mart, şənbə
“Xəzər-Lənkəran” - “Olimpik” 0:0
Lənkəran şəhər stadionu
Hakimlər: Əliyev Vüsal, Ağayev Əliyar, İsgəndərov Emil, Muradov Elnur

Oyun başa çatdı
88. Bu dəfə də Cambazov qol şansını qaçırdı. "Olimpik"in qolkiperi bu dəfə də səhvsiz oynadı. Rauf Mehdiyev hələ ki, oyunun ən yaxşısıdır. 
86. "Xəzər-Lənkəran" daga bir qol şansını boşa verdi. Ramulo qapıçıyla təkbətək çıxsa da, zərbəsi qeyri-dəqiq alındı.
75. Bəxt yenə də "Olimpik"in tərəfindədir. Juninyonun cərimə zərbəsi qapı tirinə tuş gəldi.
71. "Olimpik" meydanda azlıqda qaldı. Mahir Şükürov ikinci sarı vərəqəni və qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldı.
70. "Olimpik" oyunda ən real qol epizodunu boşa verdi. Lenadro Qomeş qapıçıyla təkbətək çıxdı. Dmitri Kramarenko Leonun zərbəsini qaytara bildi. Bəşir Müqədi isə boş qapını dəqiq nişan ala bilmədi.   
68. Mario Souzanın baş zərbəsi qapı tirinə dəydi.
63. Rahid Əmirquliyev 5 futbolçunu aldadaraq, Mario Souzaya ötümə versə də, braziliyalı "Olimpik"in qapıçısı Rauf Mehdiyevlə mübarizədən məğlub ayrıldı. 
60. "Olimpik" hesabı aça bilərdi. Lakin Usim Ndukanın baş zərbəsi qapını üstündən keçdi.
58. "Xəzər-Lənkəran"ın heyətində ilk oyunçu dəyişikliyi baş verdi.Fatih Sonkayanın əvəzinə Ahmet Dursun meydana daxil oldu. 
55. "Xəzər-Lənləran" oyunda ən real qol epizodunu yaratıd. Lakin "Olimpik"in müdafiəçiləri Denis Silvanın zərbəsini boş qapıdan çıxardılar. 
50. Juninyonun qüvvətli zərbəsini Rauf Mehdiyev son anda dəf etdi. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
39. 
Meydan sahibləri oyunda ilk təhlükəli vəziyyəti yaradırlar. Lakin Todorovun uzaqdan vurduğu qüvvətli zərbəni "Olimpik"in qapıçısı Rauf Mehdiyev son anda zərərsizləşdirə bildi. 
30. "Xəzər-Lənkəran" hücumlarını davam etdirir. Lakin "Olimpik"in qapısı qarşısında hələ də təhlükəli epizod yaratmaq mümkün olmayıb.
15. Mario Souzaya qarşı kobud oyuna görə, "Olimpik"in müdafiəçisi Mahir Şükürov sarı vərəqəylə cəzalanır.  
11. İlk dəqiqələrdən "Xəzər-Lənkəran" rəqibi qapısına doğru sıxışdırıb. Lakin "Olimpik"in arxə xətti etibarlı oynayır.
Oyun başladı.
                                                    ***
"
Xəzər-Lənkəran"ın baş məşqçisi İqor Ponomaryov hücumda yalnız Ramuloya şans verib. Ahmet Dursun yenə də ehtiyat oyunçular skamyasındadır.
                                                   ***
"Xəzər-Lənkəran" oyuna ciddi itkilərlə çıxıb. "Bakı"yla kubok oyununda qırmızı vərəqə alan Emin Quliyev, eləcə də mövsümdə dördüncü sarı vərəqəsini alan İvan Svetkov oyunu buraxırlar.
                                                   ***
Lənkəranda oyuna maraq yenə də bir o qədər böyük deyil. Stadionda təxminən 5 minə yaxın azarkeş var. 


“İnter” - “Simurq” 2:1
Şəfa stadionu
Hakimlər: Həmzəyev Əfqan, Məmmədov Orxan, Əliyev İlham, Səmədli Elçin
Qollar: Elvin Məmmədov (23), Velton (65) - Ramil Sayadov (58)

Oyun başa çatdı.
80.
"Simurq"dan Ramil Sayadovun zərbəsi təhlükəli alınsa da, top qapıdan aralı keçdi.  
72. Hər iki komandanın heyətində oyunçu dəyişikliyi baş verir. "İnter"də Veltonu Zlatinov, "Simurq"da isə Maxveladzeni Rmaldanov əvəzləyir.  
65. QOL. Velton "İnter"i hesabda önə keçirdi - 2:1.
58. QOL. "Simurq" hesabı bərabərləşdirdi. Tural Cəlilovun ötürməsindən sonra Ramil Sayadov fərqləndi.
52. "Simurq"un heyətində daha bir dəyişiklik. Qriqol Dolidzeni Ramil Sayadov əvəzləyir. 
46. "Simurq"un heyətində oyunçu dəyişikliyi baş verir. Mixaylo Storastyakın əvəzinə Fizuli Məmmədov oyuna daxil olur.   
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45. "Simurq" daha fəal görünsə də, hesabı bərabərləşdirmək hələ mümkün olmayıb.
32. Qapısında qol gördükdən sonra "Simurq" hücumlarının sayını artırıb. Lakin "İnter"in qapısı qarşısında real qol epizodu yoxdur. "Simurq"un hücum xəttini lideri Vladimir Mazyarın yoxluğu özünü göstərir.  
23. QOL. Elvin Məmmədov "İnter"i hesabda önə keçirdi.
18. Oyunun tempi aşağı düşüb. Mübarizə əsasən meydanın mərkəzində gedir. Bu dəqiqələrdə "Simurq" "İnter"ə nisbətən daha fəal görünür.
6. Oyuna meydan sahibləri fəal başlayıblar. "İnter" ilk dəqiqələrdən daha üstün oyun sərgiləyir.
Oyun başladı.



TURNIR CƏDVƏLİ 

KOMANDALAR O Q H  M  T-F  Xal
1. "Bakı" 18 14 2 2 40-6 44
2. "İnter" 18 13 4 1 34-10 43
3. "Simurq" 18 11 4 3 26-14 37
4. "Xəzər-Lənkəran" 18 11 4 3 33-13 37
5. "Olimpik" 18 9 5 4 22-12 32
6. "Qarabağ" 18 9 4 5 23-18 31
7. "Standard" 18 9 2 7 18-17 29
8. "Karvan" 18 8 2 8 20-17 26
9. "Neftçi" 18 5 6 7 16-14 21
10. "Qəbələ" 18 5 5 8 19-15 20
11."Muğan" 18 3 2 13 15-35 11
12. "Bakılı" 18 2 3 13 11-45 9
13. "Turan" 18 1 5 12 8-34 8
14. MOİK 18 1 2 15 9-41 5


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı