Rəşad Sadıqovun komandası "Fənərbaxça"dan da xal aldı

XƏBƏR 13 Mart 2009 / 23:58 2581
-  A +

Milli komandamızın üzvü Rəşad Sadıqovun çıxış etdiyi "Kocaelispor" klubu Türkiyə çempionatında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, "Kocaelispor" səfərdə "Fənərbaxça"ya qarşı heç-heçə oynayıb. Oyun 1:1 hesabıyla başa çatıb. "Fənərbaxça" qarşılaşmanın əvvəlində hesabı açıb. İzmitlilərin cavab qalu qarşılaşmanın sonuna 6 dəqiqə qalmış gəlib. Kapitan Murat Hacıoğlunun əvəzinə oyuna daxil olan Julio Sezar "Kocaeslirpo"a 1 xal gətirən qola imza atıb.Rəşadsa 90 dəqiqə meydanda inamlı oyunuyla diqqət çəkib. Bununla da "Kocaelispor" "Qalatasaray"ın ardından daha bir İstanbul nəhəngiylə səfər oyunundan məğlubiyyətsiz dönüb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın