Ceyhun Sultanov necə “dincəlir”?

XƏBƏR 13 Mart 2009 / 20:00 2491
-  A +

“Bakı”ya kubok oyununda meydana çıxmamağım zədəli olmağımla bağlıdır. Çünki premyer-liqanın son turunda “Muğan”a qarşı keçirilən matçda əzələmi dartmışam”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Ceyhun Sultanov deyib. C.Sultanov daha 10 gün məşqlərdən kənar qalacağını söyləyib: “Həkimlər ayağımı müayinə etdilər və bildirdilər ki, daha 10 gün məşqlərdən kənar qalacağam. Bu səbəbdən də sabah keçiriləcək “Olimpik”lə matçda da meydana çıxa bilməyəcəyəm”.  


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı