Hiddink Azərbaycanla oyuna çıxaracağı heyəti açıqlayır

XƏBƏR 13 Mart 2009 / 19:05 2307
-  A +

Rusiya milli komandasının baş məşqçisi Quss Hiddink DÇ-2010-un seçmə qrup oyunları çərçivəsində martın 28-də Azərbaycana, aprelin 1-də isə Lixtenşteynə qarşı keçirəcəyi oyunlara çıxaracaq heyəti martın 16-da açıqlayacaq. Qol.Az-ın məlumatına görə, bu xəbəri Rusiya Futbol İttifaqının rəsmi saytı yayıb. Hollandiyalı mütəxəssis heyətin Rusiya Premyer Liqasının ilk turundan sonra açıqlanmasını daha məqsədəuyğun hesab etdiyini deyib. Xatırladaq ki, ruslar martın 24-də bir araya gələcəklər.


Son xəbərlər